16 C
Baku
Monday, November 17, 2025

İlk 10 ayda dövlət büdcəsindən ₼279,9 milyon geri qaytarılıb

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan Respublikasının dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 279 milyon 913,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Banker.az bunu Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Son xəbərlər
Digər xəbərlər