14 C
Baku
Monday, November 17, 2025

Akkencenov: Qazaxıstan “LUKOİL” aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır

Qazaxıstan ABŞ və Böyük Britaniyanın sanksiyalarına məruz qalmış Rusiya neft şirkəti “LUKOİL”in qazaxıstan aktivlərinin alınması barədə danışıqlar aparmır.

Banker.az Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ölkənin energetika naziri Erlan Akkenjenov bildirib.

“Hökumət “LUKOİL” aktivlərinin (Qazaxıstanda – red.) alınması ilə bağlı danışıqlar aparmır. Kommersiya fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri var. Düşünürəm ki, sualın dəqiqləşdirilməsi üçün onlara müraciət etmək lazımdır”, – deyə Akkenjenov qeyd edib

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər