Avropa İttifaqı Şurası üçüncü ölkə vətəndaşlarının qısamüddətli səfərləri üçün vizasız rejimin dayandırılması mexanizminin yenilənməsini təsdiqləyib.
Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur.
Məlumata əsasən, dəyişdirilmiş qaydalar Aİ-yə vizasız rejim təyinatına uyğun istifadə olunmadıqda və ya İttifaqın maraqlarına zidd olduqda daha sürətli və qətiyyətli reaksiya verməyə imkan yaradacaq.
Əgər illik qayda pozuntularının sayı əvvəlki illə müqayisədə birdən-birə 30 % artarsa, üçüncü ölkə ilə vizasız rejim dayandırıla bilər, Əvvəllər bu göstərici 50 % idi. Əgər əvvəllər vizasız rejim maksimum 9 ay müddətinə dayandırıla və məhdudiyyətlər 18 aya qədər uzadıla bilirdisə, indi bu müddət 12 aya qədər artırılıb və 24 aya qədər uzadılma imkanı nəzərdə tutulub. Qərar 7 dekabrda qüvvəyə minəcək.







