Azərbaycanda dövlət şirkətinə məxsus çörək istehsalçısı adını dəyişdi

“Azərçörək”in 18 saylı çörəkbişirmə müəssisəsi adını və hüquqi formasını dəyişdi

Banker.az xəbər verir ki, “Azərtaxıl” Dövlət Şirkətinin tərkibində fəaliyyət göstərən “Azərçörək” İB-nin 18 saylı çörəkbişirmə müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.

Müəssisə bundan sonra “Techaz Services and Supply” Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Azərçörək”in 18 saylı çörəkbişirmə müəssisəsi 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Rauf Əfəndiyevdir.

Son xəbərlər
Digər xəbərlər