17 C
Baku
Tuesday, November 18, 2025

ASAN və “Atəşgah” məktəblilər üçün maarifləndirici təlimlərə start verdi

®2025-ci ilin oktyabr ayında “İnnovasiyalar Mərkəzi” MMC və “Atəşgah” Sığorta Şirkəti ASC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində məktəblilər üçün silsilə maarifləndirici təlimlərə başlanılıb. Əməkdaşlıq innovativ yanaşmaların təşviqi və gənclərin inkişaf imkanlarının genişləndirilməsinə yönəlib.

Təşəbbüs çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzində “Atəşgah”ın dəstəyi ilə yaradılan “AI Zona” təlim otağı fəaliyyətə başlayıb. Təlimlərdə şagirdlər süni intellekt alətlərindən istifadə, təhlükəsizlik və sığorta sahəsi üzrə əsas bilikləri praktiki şəkildə mənimsəyirlər.

Bu günə qədər layihədə iki yüzdən artıq məktəbli iştirak edib.Təlim mövzuları aşağıdakılardır:

  • Daşınar və daşınmaz əmlak üzrə risklərin azaldılması və təhlükəsizlik;
  • İlkin tibbi yardım üzrə əsas qaydalar;
  • Yol-nəqliyyat təhlükəsizliyi və maarifləndirici müzakirələr;
  • Sığorta sahəsinin əsas anlayışları və icbari sığorta növləri.

Valideynlərin də prosesə cəlb edilməsi maarifləndirmənin daha geniş auditoriyaya çatmasına və sığorta mədəniyyətinin güclənməsinə müsbət təsir göstərir.

“Atəşgah” Sığorta Şirkəti gələcəkdə də innovativ və sosialyönümlü layihələrin davam etdirilməsini, gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək verməyi hədəfləyir.

5418105779845726013 5474129784226314735 5418105779845726017 5474129784226314737 5474129784226314736  5418105779845726014 5418105779845726012 1

 

Son xəbərlər
Digər xəbərlər