“Exxon Mobil”, “Chevron”, “Abu Dhabi National Oil Co.” (ADNOC) və “Carlyle Group” ABŞ sanksiyalarının fonunda “Lukoil”in beynəlxalq aktivləri ilə maraqlanan şirkətlər arasındadır.
Lakin mümkün problemlərdən biri ondan ibarətdir ki, “Lukoil” sanksiyaların 13 dekabrda qüvvəyə minməsi ərəfəsində aktivlərinin paket şəklində satılmasını istəyir.
Xatırladaq ki, bundan əvvəl “Lukoil” bütün beynəlxalq biznesini “Gunvor Group”a satmağa razılıq vermişdi, lakin ABŞ sövdələşməni bloklamışdı.
İki mənbənin məlumatına görə, “Exxon” və “Chevron” “Lukoil”in İraqdakı “Qərbi Qurna-2” yatağındakı payını araşdırırlar.
Bu arada, ADNOC “Lukoil”in müxtəlif aktivlərini nəzərdən keçirir, lakin Rusiya şirkətinin Özbəkistandakı təbii qaz hasilatı üzrə əməliyyatları ən böyük maraq doğurur.







