18 C
Baku
Wednesday, November 19, 2025

Azərbaycan İnvestisiya Holdinqi “PwC Azərbaycan”dan 750 min manatlıq məsləhət alacaq

Azərbaycan İnvestisiya Holdinqi (AİH) “Praysvoterhauskupers Sentral Eyşa ənd Kokasus B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə birgə müəssisə və fondların yaradılması, həyata keçiriləcək investisiya layihələri üzrə hüquqi dəstəyin göstərilməsi və digər aidiyyəti hüquqi məsləhət xidmətləri nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 749.890 AZN təşkil edir.

PwC kimi tanınan PricewaterhouseCoopers Londonda (Birləşmiş Krallıq) yerləşən transmilli peşəkar xidmətlər şəbəkəsidir. O, dünyada ikinci ən böyük peşəkar xidmətlər şəbəkəsidir və Deloitte, EY və KPMG ilə birlikdə Böyük Dördlük mühasibat şirkətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər