18 C
Baku
Wednesday, November 19, 2025

“Meta” antiinhisar işində qalib gəlib — “Instagram” və “WhatsApp” şirkətdə qalacaq

Amerikanın texnoloji korporasiyası “Meta” ona qarşı açılmış və şirkəti sosial şəbəkə bazarını monopoliyalaşdırmaqda ittiham edən işi udub və bununla da “Instagram” və “WhatsApp” messencerini öz tərkibində saxlamağa nail olub, bu barədə “CNBC News” məlumat verib.

Qeyd olunur ki, hakim qərarını əsasən son illərdə sosial şəbəkə bazarında baş verən dəyişikliklərə əsaslandırıb.

2020-ci ildə ABŞ Federal Ticarət Komissiyası (FTC) “Meta”ya qarşı antinhisar iddiası qaldırmışdı və şirkəti rəqabəti boğmaqda ittiham etmişdi. FTC bildirib ki, “Meta” 2012-ci ildə “Instagram”ı 1 milyard dollara və 2014-cü ildə “WhatsApp”ı 19 milyard dollara satın almamalı idi və bu bölmələrin korporasiyadan ayrılmasını tələb etmişdi.

“Meta” nümayəndəsi Kristofer Sgro 2024-cü ilin noyabrında “The Verge” portalına açıqlamasında şirkətin “Instagram” və “WhatsApp”ı almasının istehlakçıların xeyrinə olduğunu söyləmişdi. O həmçinin korporasiyanın xidmətlərinin “YouTube”, “TikTok”, “X” və “iMessage” ilə rəqabət apardığını sübut edən “çoxsaylı faktların” mövcudluğunu qeyd etmişdi.

Son xəbərlər
Digər xəbərlər