18 C
Baku
Wednesday, November 19, 2025

ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

“Card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə yeni tələblər müəyyən ediləcək.

Banker.az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyası qorunub saxlanılmalıdır.

Onun sözlərinə görə, mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşmaların daha geniş şəkildə nağdsız dövriyyəyə cəlb edilməsi zəruridir.

Zakir Nuriyev bildirib ki, son günlər ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılması sektorda mühüm irəliləyişdir və bu addım rəqəmsal ödənişlərin payının artmasına əhəmiyyətli töhfə verəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər