18 C
Baku
Wednesday, November 19, 2025

Bank sektorunun kredit portfeli 29,4 milyard manata çatıb

Cari ilin 10 ayında bank sektorunun kredit portfeli 7% artaraq 29,4 milyard manata çatıb.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.

AMB sədri bildirib ki, problemli kreditlərin ümumi portfeldə payı 2,7% təşkil edib: “Bu da kredit portfelinin keyfiyyətinin yüksək olduğunu göstərir. Kredit portfelində biznes kreditlərinin payı 53% səviyyəsində qalıb. Bu da real sektorun maliyyə resurslarına çıxış imkanlarının geniş olduğunu sübut edir. Bank sektorunun ümumi öhdəlikləri 10 ayda 6% artaraq 49,2 milyard manata çatıb, əmanətlər bu məbləğin 73,3%-ni təşkil edib. Əhalinin əmanətləri 15,5 milyard manat olub, bu da 8,7% artıma bərabərdir. O cümlədən müddətli əmanətlərdə 15%-lik artım müşahidə olunmuşdur. Son 3 ildə əhalinin müddətli əmanətləri orta hesabla hər il 22% artıb. Bu, həm əhalinin sosial rifah səviyyəsinin yaxşılaşdığını, həm də bank sisteminə olan inamın yüksək olduğunu göstərir”.

Son xəbərlər
Digər xəbərlər