16 C
Baku
Wednesday, November 19, 2025

Süni intellekt vasitəsilə insan düşüncələri oxunub – İnqilabi yenilik

MRT əsasında yeni rəqəmsal zehin oxuma texnologiyası yaradılıb.

“Zehnin altyazısı” adlanan bu metod, insanın beyin fəaliyyətini yüksək dəqiqliklə analiz edərək, insanın gördüklərini və ya xatırladıqlarını cümlələr şəklində yenidən qura bilir.

Tədqiqatçılar bu metodun xüsusilə iflic olmuş və ya nitq pozuntusu olan insanların ünsiyyət qurmasına kömək edə biləcəyini deyirlər. Bu sistem, əvvəlki cəhdlərlə müqayisədə inqilabi addım hesab olunur. Əvvəllər yalnız tək sözlər əldə oluna bildiyi halda, bu üsulla artıq bütöv cümlələr əldə etmək mümkündür.

Altı nəfər üzərində sınaqdan keçirilən bu qeyri- invaziv metod gözlənilməz dərəcədə dəqiq nəticələr versə də, süni intellektin şəxsi düşüncələrə, hisslərə və sağlamlıq məlumatlarına çıxış imkanı yaratması, mütəxəssislər arasında etik narahatlıqlara səbəb olub.

Hazırda sistemin nəzarət və ya manipulyasiya məqsədilə istifadə olunması riski müzakirə olunur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər