15 C
Baku
Thursday, November 20, 2025

İran BAEA ilə əməkdaşlıq sazişindən çıxdı

İran ölkədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspert fəaliyyətinin bərpası üzrə sentyabr ayında Qahirədə əldə edilmiş razılaşmanı rəsmən ləğv etdiyini açıqlayıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.

“Bu gün BAEA-nın baş direktoru Rafael Qrossiyə göndərilən rəsmi məktubda razılaşmanı etibarsız elan etdik”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, Qahirə razılaşması BMT sanksiyalarının yenidən tətbiq olunmasına imkan verən “tətik mexanizmi”nin işə salınması ilə qüvvədən düşüb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər