İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, ölkənin “artıq başqa seçimi yoxdur” və paytaxtın Tehrandan köçürülməsi zəruridir. Onun sözlərinə görə, şəhər ciddi ekoloji problemlər səbəbindən mövcudluğunu davam etdirə bilməyəcək.
“Əgər biz deyiriksə ki, torpaq hər gün 30 santimetr çökür, bu, fəlakət deməkdir”, — deyə cənab Pezeşkiyan “Iran International” nəşrinə bildirib. O həmçinin rəsmiləri birgə işləməyə çağırıb, əks halda, onun sözlərinə görə, İranı “zülmətli bir gələcək” gözləyir.
Məsud Pezeşkiyan ayrıca su ehtiyatlarının azalmasına diqqət çəkib. “Ətraf mühitin qorunması zarafat deyil. Ona məhəl qoymamaq — özünə höküm oxumaq deməkdir”, — İran prezidenti vurğulayıb.
Son beş ildə İranda yağıntıların miqdarı sabit şəkildə azalır. 2025-ci ildə ölkədə quraqlıq son onilliklərin ən şiddətlilərindən birinə çevrilib. Noyabrın əvvəlində “Al Jazeera” yazmışdı ki, Tehran iki həftə ərzində içməli sudan məhrum qala bilər. Məsud Pezeşkiyan paytaxtın 15 milyon sakininin təxliyə edilə biləcəyini də istisna etməmişdi.







