16 C
Baku
Friday, November 21, 2025

Tramp Braziliya qəhvəsi və mal ətinə qoyulan 40%-lik rüsumu ləğv etdi

ABŞ prezidenti Donald Tramp Braziliyadan idxal olunan kənd təsərrüfatı məhsullarına — qəhvə, kakao, mal əti və meyvələrə tətbiq edilən 40%-lik gömrük rüsumunu ləğv edib. Daha əvvəl oxşar qərarlar Argentina, Ekvador, Qvatemala və El Salvador üçün də qəbul olunmuşdu, çünki idxal olunan ərzaqlara qoyulan tariflər ABŞ-də onların qiymətinin artmasına səbəb olmuşdu.

“Reuters” agentliyinin məlumatına görə, rüsumların tətbiqindən sonra ABŞ-də qəhvənin pərakəndə qiymətləri 40% artıb. Braziliya ABŞ-də istehlak olunan qəhvənin təxminən üçdə birini tədarük edir. Sorğu nəticələrinə əsasən, ərzaq məhsullarının bahalaşması “Trampın reytinqinin düşməsinin əsas səbəblərindən biridir”.

Trampın sərəncamına əsasən, Braziliya mallarına tətbiq olunan rüsumun ləğvi 13 noyabr tarixindən qüvvəyə minir və bu dövr ərzində toplanmış rüsumların geri qaytarılmasını tələb edə bilər.

Son xəbərlər
Digər xəbərlər