16 C
Baku
Friday, November 21, 2025

Deputat: “Min manatdan az maaş alanlar vergidən azad edilsin”

Deputat: “Min manatdan az maaş alanlar vergidən azad edilsin”

Bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, əhalinin sosial durumu həm də təhlükəsizlik məsələsidir:

“Bu gün ərzaqlar kəskin bahalaşır. Keyfiyyətli ət, yağ kasıb əhali üçün əlçatmaz olub. İnsanlar dolana bilməyəndə oğurluğa və digər cinayət yollarına əl atırlar. Növbəti ildən də vergi güzəştləri ləğv olunur. Təklif edirəm ki, 1000 manat əməkhaqqı alanlar üçün bütün növ vergilər ləğv olunsun. Çünki sosial durum getdikcə daha da ağırlaşır”.

Son xəbərlər
Digər xəbərlər