19 C
Baku
Friday, November 21, 2025

Bu sahələrdə vergi ödəyicilərinin əmlakının dəyəri 75% həddində azaldılır

Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq.

Banker.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyəri həddində azaldılır.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər