17 C
Baku
Friday, November 21, 2025

Windows 11-in bütün funksiyaları sıradan çıxıb

“Microsoft” şirkəti Windows-un demək olar ki, bütün komponent və funksiyalarında problemlərin olduğunu açıqlayıb.

Bu barədə “Neowin” nəşri yazıb.

Məlumata görə, “Microsoft” çoxsaylı istifadəçi şikayətlərindən sonra əməliyyat sistemində (ƏS) problemləri qeydə alıb. Şirkətin saytında IT nəhəngi səhvlərin mövcudluğunu təsdiqləyən və onların müvəqqəti həlli haqqında məlumat verən açıqlama yerləşdirib.

Microsoft-un məlumatına görə, nasazlıqlar demək olar ki, bütün əsas “Windows” komponentlərinə təsir edib: “Başlat” menyusu, tapşırıqlar paneli, “Explorer”, “Windows” parametrləri bölməsi.

Problemlər 24H2 versiyasında qeydə alınıb və bu versiya 25H2 ilə eyni infrastrukturdan istifadə etdiyi üçün, səhvlər 25H2 versiyası üçün də aktualdır.

“Microsoft” bu nasazlıqları yalnız noyabr ayında etiraf edib. Halbuki problemlərin böyük hissəsi hələ iyul ayında – KB5062553 yenilənməsindən sonra yaranmışdı.

Şirkət bütün nasazlıqları aradan qaldıracağını vəd edib. Müvəqqəti həll kimi təcrübəli istifadəçilərə “Shell Infrastructure Host” (SIHost.exe) xidmətini yenidən başlatmaq tövsiyə olunub – bu, “Immersive Shell” paketlərinin bərpasına kömək edir.

Noyabrın sonunda “Microsoft” şirkəti “Windows 11” üçün böyük bir yeniləmə elan edib. Şirkət bildirib ki, əməliyyat sistemində süni intellektlə bağlı yeni funksiyalar olacaq və İİ agentləri istifadəçinin tapşırıqlarını fon rejimində yerinə yetirə biləcək.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər