16 C
Baku
Sunday, November 23, 2025

Bakının dörd rayonu, eləcə də Abşeronda su kəsiləcək

Noyabrın 25-29-da Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində olacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər