Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 01.11.2025-ci il tarixinədək təqribən 12,7 mlrd. kubmetr qaz hasil olunub.
Bu barədəBanker.az nergetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə yataqdan 1,9 mln. ton qaz kondensatı çıxarılıb.
Yataqdan sutkada orta hesabla hasilat 7 mln. kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.
““Ümid” yatağının kəşfindən 15 il ötür. “Ümid” Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır”, – məlumatda qeyd olunub.







