Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Zərdab rayonunda kənd təsərrüfatı təyinatlı infrastruktur layihəsinin icrasına başlayır.
Banker.az xəbər verir ki, sözügedən qurum Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı keçirilmiş dövlət satınalması (tender) müsabiqəsinə yekun vurub.
Müsabiqənin nəticələrinə əsasən, “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Qalib şirkətlə dəyəri 9 287 306 manat təşkil edən müvafiq satınalma müqaviləsi imzalanıb.







