Baş Prokurorluq Qarabağ rayon prokurorluqları üçün layihə-smeta hazırlanmasına 350 min manat ayırır.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayon prokurorluqlarının yeni inzibati binalarının layihələndirilməsi ilə bağlı satınalma həyata keçirilib.
Satınalma “Eracon” MMC ilə rəsmiləşdirilib. Müqavilə yeni inşa ediləcək inzibati binalar üçün layihə-smeta sənədlərinin hazırlanmasını əhatə edir.
Satınalmanın ümumi dəyəri 350 017 AZN təşkil edir.







