1. Öz rəqibinizi dərindən tədqiq edin və onun nəzər nöqtəsini öyrənin. Mübahisə zamanı inadkarlıqla özünüzün haqqlı, rəqibinizin isə yanıldığını deməli deyilsiniz. Bu zaman mübahisənin bütün gözəlliyi itir. Özünüzü rəqibinizin yerinə qoyaraq, onun nəyə görə bu nəzər nöqtəsindən çıxış etdiyini anlamağa çalışın. Məhz bundan sonra rəqibinizi başa düşdüyünüzə görə onun fikirlərini təkzib etmək imkanınız da daha çox olacaq.
2. Öz mövqeyinizi təhlil edin. Siz mübahisənin hansı mövzu ətrafında getdiyini və özünüzün baş verənlərə qarşı münasibətinizi bilməlisiniz. Mübahisə xətrinə mübahisə etmək sizə heç nə qazandırmayacaq. Öz mübahisə sisteminizi qiymətləndirin və zəif cəhətləri müəyyən edərək onları əlavə arqumentlər ilə gücləndirməyə çalışın.
3. Rəqibinizi söhbətin ümumi məzmunundan kənarlaşdırın. Bunun üçün onun atdığı replikaların hamısına ümumilikdə cavab verməyin, onları ayrı-ayrı hissələrə bölüb cavablandırın. Əlbəttə, rəqibiniz bununla bağlı sizə bildiriş də edəcək. Lakin əgər sizin iddialarınız məntiqli olsa, onda o özü də söhbətdən kənarlaşdığını hiss etmədən sizin danışdıqlarınıza cavab verməyə başlayacaq. Beləliklə, rəqibinizi onun zəif olduğu nöqtələrə çəkməklə qalib gələ bilərsiniz.
4. Rəqibinizi tənqid etdiyiniz zaman öz mövqeyiniz barədə də unutmayın. Həmişə yadda saxlamalısınız ki, sizin əsas məqsədiniz öz fikrinizin doğruluğunu sübut etməkdir. Rəqib tərəfin mövqeyindəki səhvlər bu prinsipdən yaranmalıdır.
5. Rəqibinizdən gələn məlumatları bütünlüklə və yaxud da bir hissəsini rədd edin. Mübahisədən yayına bilərsiniz və bu da rəqibiniz çaş-baş qalmasına səbəb olacaq. Bu zaman arada fasilə yaranacaq və bu fasiləni də siz tez öz bəyanatlarınız ilə doldura bilərsiniz. Lakin, çox tez-tez bu üsuldan istifadə etmək də lazım deyil.
6. Rəqibinizə hörmətlə yanaşın. Yadda saxlayın, aranızda mübahisənin yaranması onun şəxsi keyfiyyətlərindən asılı deyil. Təhqirə keçmək və hər hansı çatışmazlıqla bağlı fikir bildirmək lazım deyil. Unutmayın, mübahisə aparmaq – mədəniyyətdir!