15 C
Baku
Tuesday, November 25, 2025

Azər Türk Bank-da yeni təyinat baş tutub

“Azər Türk Bank”da (ATB) İdarə Heyəti sədrinin Aparatına rəhbər təyin olunub.

Banker.az xəbər verir ki, Şəhriyar Habilov bu vəzifəyə təyin edilib.

O, 2025-ci ilin noyabrından müvafiq vəzifənin icrasına başlayıb.

Ş.Habilov bundan əvvəl uzun müddət maliyyə və sığorta sektorunda müxtəlif vəzifələrdə çalışıb. O, 2015–2018-ci illərdə “Azsığorta” ASC-də hüquqşünas, 2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq departamentində çalışıb. 2020–2024-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında ardıcıl olaraq aparıcı vəzifələr tutaraq sığorta nəzarəti, istehlakçı hüquqlarının müdafiəsi və metodologiya sahəsində fəaliyyət göstərib. 2024–2025-ci illərdə Mərkəzi Bankın Sığorta nəzarəti metodologiyası şöbəsinin müdiri olub.

ATB-də hazırda İdarə Heyəti sədri vəzifəsini baş risk inzibatçısı Tural Həsənov müvəqqəti icra edir.

Son xəbərlər
Digər xəbərlər