7 C
Baku
Thursday, December 12, 2024

Narazı sakin 212 dollarlıq cəriməni 1 sentlərlə ödədi (VİDEO)

CNN-in verdiyi məlumata görə, Texas sakini az həddə sürət artırdığına görə məhkəməyə cəlb edilir və son olaraq appelyasiya məhkəməsinin qərarı ilə dövlətə 212 dollar cərimə ödəməyə məhkum edilir. Narazı sakin isə təyin edilən məbləği 1 sentlik qəpiklər ilə ödəmək qərarına gəlir və bütün bu prosesi videoya çəkir.

Texas ştatının, Frisko şəhərindən olan Brett Sanders saatda 48 kilometr məhdudiyyəti olan yolda saatda 62 kilometr sürət ilə avtomobil idarə etdiyinə görə polis tərəfindən saxlanılır və hətta məhkəməyə appelyasiya ilə müraciət etməsinə baxmayaraq cərimədən yaxa qurtara bilmir.

Sanders məhkəmənin qərarına əsasən, 79,9 dollar həcmində cərimə ödəməli, həmçinin iddianın appelyasiya məhkəməsində baxılması xərcləri olaraq əlavə 132 dollar da ödəməyə məhkum edilir. Bütün bu qərarlardan narazı qalan Texas sakini cərimənin ödənilməsi prosesini özünəməxsus qaydada etməyə və dövlətdən müəyyən mənada heyif çıxmağa qərar verir.

O deyib: “Yaşadığım küçədə avtomobilim ilə gedirdim və cəmi 2 mil sürət həddini keçdiyimə görə cərimə edildim. Bunun ədalətsiz qərar olduğunu düşündüm. Bu kiçicik sürət həddini aşmaqla heç kimə zərər vurmadım və heç kəsi hər hansı bir təhlükə qarşısında qoymadım”.

Beləliklə, Sanders qisas almaq məqsədilə təqribən 220 dolları 22 min 1 sentlik qəpiyə dəyişir və onları iki vedrəyə yığaraq üzərinə “Talançılara ödəniş” qeydini əlavə edir.

O öz etirazını videoya çəkmişdir ki, bu video YouTube-da 1,9 milyon baxış sayı toplamışdır.

Frisko şəhərinin rəhbərliyi isə öz növbəsində bildirmişdir ki, həmin qəpikləri 3 saat ərzində, xüsusi avadanlığın köməkliyi ilə saymışlar.

Bu zaman belə məlum olur ki, Sanders hətta ümumi cərimə məbləğindən 7, 81 dollar artıq ödəmişdir. Oxşar insidentlər nadir hallarda baş vermir.

Məsələn, 2015-ci ilin iyun ayında Çin vətəndaşı aldığı yeni avtomobilin dəyərini qəpiklərlə ödəmişdi və bu zaman həmin qəpiklərin ümumi ağırlığı 4 tona bərabər idi. Lakin, bu zaman həmin çinli bunu etiraz əlaməti olaraq etməmişdi. Sadəcə olaraq banklar yanğındoldurma məntəqəsinin işçisi olan çinlinin uzun illərdir topladığı qəpikləri kağız pulla dəyişməkdən imtina etmişdilər. Bu səbəbdən də, yeni avtomobil almaq arzusunda olan çinli maşının haqqını sözügedən həcmdə olan qəpiklərlə ödəməyə məcbur olur.

 

 

Son xəbərlər
Digər xəbərlər