14 C
Baku
Wednesday, November 26, 2025

“Kontakt Home” borcun yalnız 1 milyonunu ödəyib

“ABC-Telecom” MMC-nin (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) dövlət qarşısında vergi borcu azalıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata görə, şirkətin əvvəlki dövrdə 7 672 122.25 manat təşkil edən borcu hazırda 6 704 191.98 manata enib. Beləliklə, “ABC-Telecom” dövlət büdcəsinə 967 931 manat borc ödənişi həyata keçirməli olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar olunub ki, “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının faktiki istehsalçısı Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilməklə məhsulların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb. Bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Son xəbərlər
Digər xəbərlər