14 C
Baku
Thursday, November 27, 2025

Ağ Evin yaxınlığında iki ABŞ əsgəri güllələndi

Vaşinqtonda Ağ Evin yaxınlığında iki ABŞ Milli Qvardiyası əsgəri güllələnib.

Banker.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Əsgərlərin yaralandığı, lakin dəqiq vəziyyətlərinin məlum olmadığı bildirilir.

Vaşinqton Polis Departamentinin açıqlamasında qeyd olunur ki, atışma 17-ci və 1-ci küçələrin kəsişməsində baş verib. Hadisə yeri mühasirəyə alınıb. Bir nəfər şübhəli şəxs saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər