ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ağ Ev yaxınlığında baş verən atışmanı şərh edib.
O, bununla bağlı “Truth Social”da paylaşım edib.
Trampın sözlərinə görə, Milli Qvardiyanın iki hərbçisini güllələyən şəxs ağır yaralanıb.
“Milli Qvardiyanın iki döyüşçüsünü güllələyən, onları ağır yaralayan və hazırda xəstəxanada olan heyvan da ağır yaralanıb, amma bunun bədəli çox yüksək olacaq.
Allah Böyük Milli Qvardiyamızı, bütün hərbçilərimizi, hüquq-mühafizə orqanlarımızı qorusun. Onlar həqiqətən əla insanlardır”, – Tramp dəstəyini ifadə edərək yazıb.








