13 C
Baku
Friday, November 28, 2025

Amerikalı iş adamı Todd Boeli LUKOIL-in aktivlərini almaq üçün müraciət edib

Amerikalı biznesmen Todd Boeli BƏƏ-dən olan investorlar qrupu ilə birlikdə LUKOIL-in xarici aktivlərinin alınması uğrunda mübarizə aparacaq konsorsium yaradıb, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, Boelinin başçılıq etdiyi konsorsium danışıqlar aparmaq və sövdələşmə bağlamaq imkanı üçün ABŞ Maliyyə Nazirliyindən lisenziya almaq məqsədilə müraciət edib. BƏƏ-dən olan investorların adlarını öyrənmək mümkün olmayıb.

WSJ qeyd edir ki, neft biznesinə investisiya qoyuluşu Boeli üçün adi fəaliyyət istiqamətindən kənara çıxmaq deməkdir. Amerikalı biznesmenin əsas aktivləri idman və əyləncə sahələrində, eləcə də daşınmaz əmlak sektorunda cəmlənib. Xüsusilə, Boeli “Chelsea” və “Strasbourg” futbol klublarının, “Lakers” basketbol klubunun və “Dodgers” beysbol komandasının həmtəsisçisidir.

LUKOIL bildirir ki, beynəlxalq aktivlərin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar aparır. Şirkət vurğulayıb ki, aktivlərin satış və yeni sahiblərə təhvil verilməsi prosesində müəssisələrin fasiləsiz fəaliyyətinin təmin edilməsinə çalışır.

Şirkətin saytında yer alan məlumatlara əsasən, LUKOIL Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, Kamerun, Nigeriya, Qana, Meksika, BƏƏ və Konqo Respublikasında layihələrdə iştirak edir. Şirkətə Bolqarıstan, Rumıniya və Niderlandda neft emalı zavodları, həmçinin təxminən 2,5 min ədəd yanacaqdoldurma məntəqəsini əhatə edən 19 ölkədə yanacaq doldurma şəbəkəsi məxsusdur.

Son xəbərlər
Digər xəbərlər