Razılaşmanın əldə olunması üçün ABŞ Krım və digər ərazilər üzərində Rusiyanın nəzarətini tanımağa hazırdır.
Bu barədə “The Telegraph” məlumat verib.
Nəşrin məlumatına görə, məhz bu məqsədlə ABŞ Prezidenti Donald Tramp Rusiyaya öz xüsusi nümayəndəsi Stiv Uitkoffu göndərir və o, Rusiya Prezidenti Vladimir Putinə bu barədə “birbaşa təklif” verməlidir.
Materialda həmçinin bildirilir ki, Ukrayna bu ərazi itkilərini tanımağa məcbur olmayacaq.







