14 C
Baku
Monday, December 1, 2025

“ADY Əmlak”ın vergi borcu 144 min manatı keçib

“ADY Əmlak” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “ADY Əmlak” MMC-nin vergi borcu 144 035.75 manatdır.

Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır və qanuni təmsilçisi Elçin Niyazovdur.

Son xəbərlər
Digər xəbərlər