“Kapital Bank”a yaxın olan “Bir Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC ümumi həcmi 2 mln. manat olan istiqraz buraxmaq niyyətindədir.
Banker.az bunu BOKT-nin emissiya prospektinə istinadən xəbər verir.
Belə ki, istiqrazların hər biri 100 manat olmaqla 20 000 ədəd buraxılaması nəzərdə tutulur.
BOKT müddəti 1 illik olan manatdakı bu istiqrazlara illik 11.5% gəlirliliklə təklif edir.
Xatırladaq ki, yeni BOKT-nin hüquqi ünvanı əvvəlki kimi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.,ev 153 Port Baku Tower 2, nizamnamə kapitalı 99 835 580 AZN, qanuni təmsilçisi isə Tural Naib oğlu Məmmədlidir.






