“Azərişıq” Ağdərə və Xocalıda elektrik infrastrukturunu yeniləyəcək – 10,8 milyon manatlıq müqavilə bağlandı.
Banker.az xəbər verir ki, “Azərişıq” ASC tərəfindən Ağdərə rayonunun Aşağı Oratağ, Çapar, Dəmirli, həmçinin Xocalı rayonunun Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca kəndlərində daxili və xarici elektrik təchizatının tam yenidən qurulması planlaşdırılır.
Layihənin icrası üçün keçirilən satınalma prosesinin qalibi “Şans Construction” MMC olub. Şirkətlə 10.886.611,99 manat dəyərində müqavilə imzalanıb.