14 C
Baku
Monday, December 1, 2025

Kür çayında suyun səviyyəsinin düşməsi fermerlərə çətinlik yaradıb

Kür çayında suyun səviyyəsi son günlər nəzərəçarpacaq dərəcədə düşüb.

Problem xüsusilə çayın Salyan rayonu ərazisindən keçən hissəsində daha çox hiss olunur.

Yerli sakinlərin bildirdiyinə görə, çayda suyun səviyyəsinin enməsi o qədər artıb ki, sahilboyu torpaq sahələri artıq açıq görünür. Çayda suyun səviyyəsinin düşməsi suyun rəngində də dəyişikliyə səbəb olub. Əvvəlki şəffaf və mavi ton əvəzinə hazırda su daha çox yaşıl rəngə çalır. Mütəxəssislər bunu çayda durğunluğun artması və su dövriyyəsinin zəifləməsi ilə əlaqələndirirlər.

Suyun səviyyəsinin düşməsi Kür çayı boyu yerləşən təsərrüfatlara da mənfi təsir göstərir. Fermerlər deyirlər ki, suvarma işlərində çətinlik yaranıb.

Mütəxəssislərin fikrincə, növbəti günlərdə yağıntıların düşəcəyi təqdirdə, Kür çayında suyun səviyyəsinin yüksələcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər