14 C
Baku
Monday, December 1, 2025

Tramp Netanyahunu Ağ Evə dəvət edib

ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı İsrailin baş naziri Binyamin Netanyahunu “yaxın gələcəkdə” Ağ Evdə görüşə dəvət edib.

Bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.

“Netanyahu bu yaxınlarda Trampla telefonla danışıb. ABŞ prezidenti baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib”, – deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, söhbət zamanı iki ölkə liderləri HƏMAS-ın tərksilah edilməsinin və Qəzza zolağının silahsızlaşdırılmasının vacibliyini və sadiqliyini vurğulayıblar. Baş nazirin ofisi əlavə edib ki, bundan əlavə, onlar region ölkələri ilə “sülh sazişlərinin genişləndirilməsini müzakirə ediblər”.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər