Cənubi Koreyanın “Samsung Electronics” şirkəti üç dəfə qatlana bilən smartfonunu — “Galaxy Z TriFold”u təqdim edib. İstehsalçının saytında qeyd olunur ki, yenilik 12 dekabrda Cənubi Koreya mağazalarında satışa çıxacaq.
Tam açılmış vəziyyətdə telefonun ekran diaqonalı 10 düym olacaq və bu göstərici planşet funksionallığına yaxındır. Smartfon multivəzifəliliyi dəstəkləyir: ekranın hər üç hissəsində ayrı-ayrı tətbiqləri açmaq mümkündür.
“Galaxy Z TriFold”un Cənubi Koreya bazarındakı qiyməti 3,5 milyon von (təxminən 2 430 dollar) olacaq. Daha sonra cihaz Çin, Sinqapur, BƏƏ və ABŞ-də satışa çıxacaq. Smartfon 512 GB daxili yaddaşa malik qara rəngdə təqdim ediləcək və “Samsung”un qatlana bilən telefonları arasında ən böyük — 5 600 mA·s tutumlu akkumulyatorla təchiz olunacaq. “Samsung Electronics” bildirir ki, batareya da ekran kimi üç hissəyə bölünüb.
Xatırladaq ki, daha əvvəl Çinin “Huawei” şirkəti də üçqat qatlanan smartfon təqdim etmişdi. Model 2024-cü ilin sentyabrında nümayiş olunub və “Huawei Mate XT” adlanır.











