15 C
Baku
Tuesday, December 2, 2025

AFB Bank-dan cəmi 1 iş gününə “Sürətli Tender Qarantiyası”

®AFB Bank sahibkarlar üçün yeni “Sürətli Tender Qarantiyası” məhsulunu təqdim edir. Bu xidmət bizneslərin tender proseslərinə daha operativ qoşulmasını təmin etmək məqsədilə hazırlanıb. Müştərilər girov tələb olunmadan tender qarantiyasını cəmi 1 iş günü ərzində əldə edə biləcəklər.

Məhsul çərçivəsində maksimal məbləğ 100 000 AZN, müddət isə 12 aya qədər  müəyyən edilib.

Yeni xidmət biznes subyektlərinə tender prosesində daha çevik və risksiz iştirak imkanı yaradır, maliyyə öhdəliklərinin vaxtında icrasını təmin edir.

Məhsulun üstünlükləri:

  • Girovsuz
  • Bir iş günü ərzində rəsmiləşdirmə
  • Məbləğ 100 000 AZN-dək
  • Müddət 12 ayadək

AFB Bank bu məhsulla biznes müştərilərinə operativlik, rahatlıq və maliyyə çevikliyi təqdim etməyi hədəfləyir.

Qeyd edək ki, AFB Bank hazırda ölkə üzrə 7 filial və 4 şöbə olmaqla ümumilikdə 11 xidmət nöqtəsi ilə müştərilərinə xidmət göstərir. Bankın qəbul etdiyi Transformasiya Strategiyası müştəri yönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin təkmilləşdirilməsini və bizneslər üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir. AFB Bank bundan sonra da dayanıqlı inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsini prioritet istiqamət kimi davam etdirəcək.

 

Son xəbərlər
Digər xəbərlər