2025-ci ilin noyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 29,404 mlrd. manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 14.07%-ə bərabər olub.
Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələri Bakı, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonları tutur.
Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 19.94% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 12.72% olub.







