15 C
Baku
Tuesday, December 2, 2025

Elm və Təhsil Nazirliyində yeni bölmə yaradıldı

Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır.

Bunu bu gün “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib.

O qeyd edib ki, peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb.

Mətin Kərimlinin sözlərinə görə, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir:

“Eyni zamanda, bu qaydaların və siyasətin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər