2025-ci ilin sonuna qədər dünya üzrə təxminən 142 000 milyonçunun yeni bir ölkəyə köçəcəyi, özləri ilə çoxmilyardlıq sərvət aparacağı gözlənilir. “Henley & Partners” konsaltinq şirkətinin araşdırmasına görə, иu kapital və istedad axınının əsas istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ, İtaliya, İsveçrə və Səudiyyə Ərəbistanı olub.
Ölkə seçimini müəyyən edən əsas faktorlar təhlükəsizlik, maliyyə şəraiti (xüsusilə miras və kapital gəliri üzrə aşağı vergilər), həyat keyfiyyəti, təhsil və səhiyyə, həmçinin biznes imkanlarıdır. Ən populyar istiqamətlərin çoxu ya bu vergiləri tətbiq etmir, ya da güzəştli rejimlər təklif edir.
Xüsusilə “sığınacaq ölkələri” – İsveçrə, Sinqapur, BƏƏ, Malta, Monako və digər ölkələr üçün üstünlüklər nəzərə çarpır. Bu yurisdiksiyalarda zəngin rezidentlərin yarısından çoxu mühacirdir. Ekspertlər qeyd edirlər ki, milyonçuların miqrasiyası iqtisadi sağlamlığın vacib göstəricisidir: onların kütləvi çıxışı tez-tez ölkədə dərin problemlərin siqnalı olur.







