14 C
Baku
Tuesday, December 2, 2025

Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”

Bu ilin sonuna Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi gəlirlərinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 12,9 % olması gözlənilir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

“Bu göstəricinin növbəti ildə 13,1 % olmasını proqnozlaşdırırıq. Beləliklə gələn il qeyri-neft-qaz sektorunda hər hansı ciddi vergi artımı yoxdur. Ümumi iqtisadiyyatımızda vergi gəlirlərinin ÜDM-dəki payı isə 15,9 %-dir. Bu o deməkdir ki, neft-qaz sektorunda yüksək, qeyri-neft-qaz sektorunda isə aşağı vergi rejimi var”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər