9 C
Baku
Thursday, December 12, 2024

Unibank kartlarında Cashback xidməti tətbiq edilir

Alış-verişdə xərclədiyiniz pulun  bir hissəsi  kartınıza geri qayıdırsa, demək siz  Unibank-ın müştərisisiniz və Albalı Plus debet kartınız var. İndi Albalı Plus debet kartı olanlar üçün alış-veriş daha da sərfəli oldu. Albalı Plus debet kartlarında tətbiq edilən cashback  xidməti  sayəsində partnyor mağazalarda kartınızdan xərclədiyiniz pulunuzun 20%-dək hissəsi elə həmin gün kartınıza geri qayıdacaq. Beləliklə, siz həm Unibank-ın partnyor mağazalarında Albalı Plus kart sahibləri üçün olan endirimlərdən faydalanacaqsınız,  həm də xərclədiyiniz pulun bir hissəsini bank yenidən hesabınıza geri qaytaracaq.

Cashback xidməti sayəsində qeyri- partnyor mağazalarda və onlayn alış-verişlərdə də Albalı Plus debetlə edilən əməliyyatlarda xərclənən vəsaitin bir hissəsi müştərinin hesabına geri qayıdacaq.

ALBALI PLUS debet kartının daha hansı imkanları var?

Pulsuz nağdlaşdırma:
Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini Unibank bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir.
Unikal depozit kartı:
Kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq, illik 6%-dək gəlir əldə edə bilərlər.

İki valyutada:

Kartı həm manat, həm də dolar valyutasında sifariş etmək olar.

İki beynəlxalq ödəniş sisteminə malikdir:
Beynəlxalq statusa malik olan ALBALI PLUS debet kartını həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.

ALBALI PLUS debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına müraciət edib, kartı ala bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/az/private-clients/cashback/ ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

ALBALI PLUS – arzuları reallaşdıran kart!

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər