10 C
Baku
Wednesday, December 3, 2025

“Telegram”a yeni daxilolma üsulu tətbiq ediləcək

“Telegram” çatında FIDO2 standartının istifadəsi ilə yeni təhlükəsiz avtorizasiya funksiyasının sınaqları başlayıb.

“Android” tətbiqi üçün son beta versiyada “Passkey” (giriş açarı) vasitəsilə hesaba daxilolma funksiyası nəzərdə tutulur. “Passkey” – ənənəvi parolları və SMS təsdiqləməsini əvəz edən texnologiyadır.

Giriş açarları istifadəçinin telefonundakı təhlükəsiz parollar menecerində (məsələn, “Google Password Manager”, “Apple iCloud Keychain”, “Samsung Pass” və s.) qorunur. Avtorizasiya üçün biometriya (“Face ID”, barmaq izi) və ya telefonun PIN-kodu vasitəsilə şəxsiyyəti təsdiq etmək kifayətdir. Bundan sonra sistem avtomatik qaydada kriptoqrafik açar yaradır və ondan istifadə edir. Əlavə olunmuş açarların istifadəsini “Telegram”ın təhlükəsizlik parametrləri bölməsindən tənzimləmək olar.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər