Cənubi Koreyanın ixrac həcmi bu il rekord səviyyəyə çatacaq və 700 milyard dolları aşacaq, bu barədə Ticarət Nazirliyi məlumat yayıb.
Yanvar–noyabr aylarında ixrac 640,2 milyard dolları keçib ki, bu da artıq 2022-ci ilin əvvəlki rekord göstəricisi olan 628,7 milyard dolları üstələyir. Artımın əsas hərəkətverici qüvvələri kimi yarımkeçiricilər, avtomobillər, gəmilər və sağlamlıq-biologiya məhsulları göstərilir. Eləcə də qida və kosmetika təchizatçıları yüksək nəticələr nümayiş etdirir — bu, dünya üzrə koreya mədəniyyətinə artan maraq fonunda baş verir, deyə məlumatda qeyd olunur.
Sənaye naziri Kim Cun Kvan Koreya məhsullarının rəqabət qabiliyyətini vurğulayıb və “müsbət impulsu” kiçik və orta biznesə, həmçinin yerli kooperasiyaya yaymaq niyyətində olduqlarını bildirib.
Yüksək nəticə həm də ixracın şaxələndirilməsi hesabına əldə olunub. Cənubi Koreya ASEAN ölkələrinə, Avropa İttifaqına və digər regionlara tədarükü genişləndirib. Nazirlik bildirir ki, əvvəllər ölkənin ixracı əsasən ABŞ və Çin bazarlarına yönəlmişdi.







