Nadir torpaq metalllarının təsdiqlənmiş ehtiyatları — mövcud iqtisadi və istehsal şəraitində çıxarıla bilən metalların həcmi deməkdir. Yəni metalların yerləşdiyi məkan məlumdur, texnologiyalar onların çıxarılmasına imkan verir, bazar qiyməti isə onların mənfəətlə satılmasına şərait yaradır.
“Visualcapitalist” bu strateji əhəmiyyətli resursların ən böyük ehtiyatlarına malik ilk on ölkənin siyahısını hazırlayıb.
Dünyada ən böyük nadir torpaq metalları ehtiyatlarına malik ölkə Çindir — 44 milyon ton. İkinci yerdə Braziliya (21 milyon), üçüncü yerdə isə Hindistan (6,9 milyon) qərarlaşıb. İlk beşliyi Avstraliya (5,7 milyon) və Rusiya (3,8 milyon) tamamlayır.
İlk onluğa həmçinin Vyetnam (3,5 milyon), ABŞ (1,9 milyon), Qrenlandiya (1,5 milyon), Tanzaniya (890 min) və Cənubi Afrika (860 min) daxildir. Qeyd edək ki, dünyada nadir torpaq metalları ehtiyatlarının ümumi həcmi 91 milyon tondur.









