12 C
Baku
Friday, December 5, 2025

21 illik şirkət təsisçisini dəyişir – Nizamnamə dəyişikliyi müzakirəyə çıxarılacaq

“Müasir Mühəndis Texnologiyaları” MMC-nin 07 dekabr 2026-ci il tarixində saat 11:00-da təsisçilərin ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır:

1. “Müasir Mühəndis Texnologiyaları” MMC-nin təsisçisinin dəyişməsi ilə əlaqədar cəmiyyətin nizamnaməsinə dəyişiklilər layihəsinin təsdiqi.

2. “Müasir Mühəndis Texnologiyaları” MMC-nin reyestr məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması.

Yığıncaqda şəxsən və ya nümayəndə vasitəsilə iştirak etmək olar. Şəxsiyyət vəsiqəsi və etibarnamənin əslinin (nümayəndələr üçün) təqdim edilməsi zəruridir.

Etibarnamələr QR-kodlu olmadıqda, onların notariusda təsdiq olunmuş nüsxələri ilə yaxınlaşmaq tələb olunur. Təsdiq olunmuş sürətləti ümumi sənədlərə əlavə olunacaq. İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 6

Son xəbərlər
Digər xəbərlər