12 C
Baku
Friday, December 5, 2025

Türkiyə şirkəti Bərgüşadçay su anbarını 52 milyon manata tikəcək

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ Bərgüşadçay su anbarının tikintisi ilə bağlı yeni satınalma müqaviləsi imzalayıb.

Banker.az xəbər verir ki, müqavilə “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret A.Ş.” şirkətinin Azərbaycan filialı ilə bağlanıb.

Layihə çərçivəsində su anbarının inşası üçün ayrılan məbləğ 51 765 414,8 AZN təşkil edir.

Qeyd edək ki, “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret A.Ş.” Türkiyədə fəaliyyət göstərən və su anbarları, hidrotexniki qurğular, yol və infrastruktur layihələrində ixtisaslaşan şirkətdir.

Son xəbərlər
Digər xəbərlər