Macarıstan Ukraynaya maliyyə dəstəyi göstərilməsi üçün avroobligasiyaların buraxılması imkanını rədd edib.
Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“Macarıstan Ukraynanın dəstəklənməsi məqsədilə avroobligasiya buraxılması ehtimalını rəsmi şəkildə istisna edib”, – məqalədə qeyd olunur.
Nəşr bu addımı Aİ üçün mümkün “B planını” sıradan çıxaran qərar kimi dəyərləndirir.
Söhbət Avropa rəsmilərinin Kiyevə 165 milyard avro maliyyə ayırmaq üçün dondurulmuş Rusiya aktivlərindən istifadə yolunun axtarışından gedir.






