13 C
Baku
Saturday, December 6, 2025

Qlobal çip satışları 2026-cı ildə 1 trilyon dollara yaxınlaşa bilər

World Semiconductor Trade Statistics (WSTS) təşkilatının proqnozuna görə, qlobal yarımkeçirici satışları 2026-cı ildə 1 trilyon dollara yaxınlaşacaq.

Proqnozlar çip bazarında davam edən genişmiqyaslı artımı əks etdirir.

2025-ci ildə bazarın 22,5% böyüyərək 772 milyard dollara çatacağı gözlənilir. Bu göstərici iyun ayı proqnozundan təxminən 45 milyard dollar çoxdur. Artımın Amerika və Asiya-Sakit Okean regionunda 25-30%, Avropada 6% olacağı, Yaponiyada isə satışların 4% azalacağı proqnozlaşdırılır.

WSTS-nin hesablamalarına görə, qlobal yarımkeçirici bazarı 2026-cı ildə 25%-dən çox yüksələrək 975 milyard dollara çatacaq. Bütün bölgələr və məhsul seqmentləri üzrə artımın davam edəcəyi bildirilir.

ABŞ və Asiya bazarları ən böyük artım drayverləri olaraq qalacaq, Avropa və Yaponiyada isə təxminən 12% genişlənmə gözlənilir.

İnteqrasiya olunmuş dövrələrin satışlarının 2025-ci ildə 25,6% artaraq 677,85 milyard dollara çatacağı, yaddaş çiplərinin satışlarının isə 27,8% artımla 211,6 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

2026-cı ildə inteqral sxemlər üzrə satışların 29% artaraq 874,3 milyard dollara, yaddaş çipləri seqmentində isə 39,4% artımla 294,8 milyard dollara çatacağı gözlənilir.

MənbəTREND
Son xəbərlər

Auto Draft

Digər xəbərlər