12 C
Baku
Thursday, December 11, 2025

DSMF bütün ödənişlərin nağdsız ödənilməsi üçün bank xidmətlərinə ₼52 milyon xərcləyəcək

Dövlət Sosial Müdafiə Fondu əməkhaqlarının və Fond tərəfindən həyata keçirilən bütün növ ödənişlərin tam şəkildə nağdsız formada ödənilməsi məqsədilə iki ayrı bank xidməti müsabiqəsi elan edib.

Birinci müsabiqədə DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu satınalmanın ehtimal olunan dəyəri 23 573 003.90 manat təşkil edir.

İkinci müsabiqədə isə DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu xidmət üzrə ayrılmış ehtimal olunan məbləğ 28 015 689.90 manatdır.

Son xəbərlər
Digər xəbərlər