10 C
Baku
Thursday, December 11, 2025

Azərbaycanın Tailandda səfirliyi açıldı

Dekabrın 11-də Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Nazir müavini, səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.

Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha sonra, çoxsaylı rəsmi qonaqların iştrakı ilə ziyafət təşkil olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər